Tovuz rayonunun təhsil müəssisələrində Xocalı Faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. ATİAHİ Tovuz rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədirlər rayon M.Ələkbərov adına tam orta məktəb, Xatınlı kənd tam orta məktəbi, Düz qırıqlı kənd tam orta məktəbi və digər təhsil müəssisələrini əhatə edib. Tədbirlərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş etnik təmisləmə siyasətindən danışılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Vurğulanıb ki, bu amansız faciə xalqımızın yaddaşından heç zaman silinməyəcək. Tədbirlər zamanı həmçinin məktəblərdə şagirdlərin Xocalı faiəsinin 30 illiyi ilə əlaqədar hazırladıqları kompazisiya nümayiş olunub.